Bu qadağalara Polşanın da qoşulacağı gözlənilir
Baltikyanı ölkə sentyabrın 19-dan rusiyalı turistlər üçün girişi bağlayacaq. Hətta Şengen turist vizası olan Rusiya vətəndaşları hansı ölkədən gəlmələrindən asılı olmayaraq bu dövlətlərə gedə bilməyəcəklər.
Məlumatı sentyabrın 8-də Estoniya Baş naziri Kaya Kallas mətbuat konfransında yayıb.
“Biz Latviya, Litva və Polşa ilə birlikdə məqsədi turizm olan Rusiya vətəndaşlarının ölkəyə girişini əhəmiyyətli dərəcədə məhdudlaşdırmaq istəyirik. Bu gün Latviya, Litva və Polşanın baş nazirləri ilə birlikdə bəyanat verəcəyik”, – deyə Baş nazir bildirib.
K.Kallas giriş məhdudiyyətlərinin qoyulmasının səbəblərindən biri kimi təhlükəsizlik tədbirlərini göstərib: “Çünki Estoniya ölkəyə gələnlərin hamısına nəzarət edə bilmir”.
O qeyd edib ki, məhdudiyyətlər ailə üzvlərini ziyarət edənlər, dissidentlər və yaşayış icazəsi olanlar üçün istisnaları əhatə etməlidir:
“Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə hava hərəkəti dayandırıldığı üçün şimal ölkə ilə həmsərhəd ölkələrin üzərinə çox böyük yük düşüb”.
Xatırlatma
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.
Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.
İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib