”Balıqçı qayıqları neft platformalarına təhlükə yaradır”

İbrahim Əhmədov: “Qayıq və gəmilərə nəzarət Azneft İB-nin səlahiyyətində deyil”

Source:
Foto: Meydan TV
Foto: Meydan TV


İbrahim Əhmədov: “Qayıq və gəmilərə nəzarət Azneft İB-nin səlahiyyətində deyil”

“Qanunsuz balıqçı qayıqları neft platformalarına təhlükə yaradır”, – Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı belə deyib.

Mirvari Qəhrəmanlı deyir ki, Dövlət Neft Şirkətinin “Azneft” İB strukturlarına daxil olan Neft-Qaz Çıxarma İdarələrində (NQÇİ) baş verən ağır qəzalarda təxribat məsələsi həmişə gündəmə gəlib. Xüsusilə, həmin faciələrdə insan itkisi olursa, o zaman təxribata dair şübhələr yaranır:

“Hüquq müdafiə təkşilatı olaraq həmişə deyirik ki, baş verən qəzalar təxribat deyil, qanunvericiliyin pozulmasından irəli gəlir. Neft Daşlarının NQÇİ-yə məxsus ərazilərində balıq biznesi ilə məşğul olan balıqçı qayıqları hərəkət edir. Bu, həmişə müşühidə olunur. NQÇİ-nin estakadalarının arası ilə heç bir rəsmi icazəsi olmayan, bütün qadağalara baxmayaraq, balıqçı qayıqları tor atır, o başa- bu başa şütüyürlər. Aldığımız məlumatda o da qeyd edilir ki, balıqçıların sahibi bunun üçün kimə lazımdırsa, ona da “hörmətini” edir”.

Mirvari Qəhrəmanlı

M.Qəhrəmanlı bildirir ki, doğurdan da, əgər kimlərinsə burada maddi marağı olmasa, belə kənar adamlar üzərindən neft və qaz xətləri keçən stratejli əhəmiyyətli estakadaların altı ilə hərəkət edərək istədiklərini edə bilməzdilər:

“Kim zəmanət verə bilər ki, bu balıqçı qayıqları dövlətimiz üçün xüsusi əhəmiyyəti olan, strateji obyektdə hər hansı bir qəza-fəsad törədə bilməz? Onu da qeyd edim ki, neft daşlarında dövlətə məxsus belə qayıqlar yoxdur”.

Məsələyə münasibət bildirən SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov deyib ki, qayıq və gəmilərə nəzarət Azneft İB-nin səlahiyyətində deyil:

“Hər halda qayıqların yolunu kəsmək, onları buraxmamaq üçün lazım olan vasitələr də Azneft İB-də mövcud deyil. Düşünürəm ki, vətəndaşlar bununla bağlı müvafiq orqanlara müraciət edə bilərlər”.

Ana səhifəXəbərlər”Balıqçı qayıqları neft platformalarına təhlükə yaradır”