Balıqçı qayığı batıb, 3 nəfər itkin düşüb

Hadisə Xaçmaz rayonunun Niyazabad kəndinə yaxın ərazidə baş verib

Source:

Hadisə  Xaçmaz rayonunun Niyazabad kəndinə yaxın ərazidə baş verib

Xəzər dənizinin Xaçmaz sahilində içərisində 3 nəfərin olduğu balıqçı qayığı ilə əlaqə kəsilib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, balıqçı qayığında olan şəxslərlə yaxınları telefonla danışıb. Bir müddətdən sonra isə əlaqə itib. Onlar da bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verib. Hazırda balıqçıların axtarışları istiqamətində FHN-in Dövlət Sularda Xilasetmə xidmətinin əməkdaşları səylərini davam etdirir.

Ana səhifəXəbərlərBalıqçı qayığı batıb, 3 nəfər itkin düşüb