Balaxanı qəsəbəsinin iki üzü var, biri turistlərə göstərilən, digəri gözdən uzaq tutulan. Onlar arasıda məsafə cəmi 300 metrdir. Qonaq aparılan üzündən gül ətri gəlsə də, o biri üzündə sizi kanalizasiya qoxusu qarşılayır. Baxılan səmtində yollar hamar olsa da, baxılmayan səmtində maşınlar yollara ilişib qalır. Girişdə hər evin kandarında zibil qutusu qoyulsa da, kənarda zibillik küçə boyudur. Bir tərəfdə su fasiləsiz gəlir, digər yanda həftədə 3 dəfə.
Sakinlər deyir ki, 2020-ci ilin sentyabrın 27-də müharibə başlayan kimi burada təmir işləri dayandırıldı. Müharibə bitəndən sonra da bu səmtlərin nə vaxt abadlaşdırılacağından xəbər verən yoxdur. Sakinlər Sabunçu Rayon İcra Hakimiyyətinə şikayət məktubu göndərsələr də, cavab ala bilməyiblər.
Balaxanı qəsəbəsinin abadlaşdırılması üçün ayrılan vəsait açıqlanmayıb. Dövlət Satınalmalarının saytında da bu barədə məlumat yoxdur. Suallarımıza cavab almaq üçün Sabunçu Rayon İcra Hakimiyyətinə zəng etsək də, dəstəyi götürən olmadı.
Sakinlər isə deyir, “şəhər” saydıqları səmtə qaloşla gedib, orada ayaqqabılarını dəyişib yola düzəlirlər.
Bu yazı 3 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 2 Fevral 2022 14:57
Qısa link: https://storage.googleapis.com/qurium/www.meydan.tv/az-article-balaxani-qesebesinin-iki-uzu.html
Ana səhifə ▸ Video ▸