“Balamın xətrinə onları azad edin” (VİDEO)

“Mən işin gedişatından hələ ki, narazı deyiləm. Eşitdiyimə görə, bir nəfəri həbs ediblər”- bu sözləri Bəhruz Hacıyevin atası

Dilsuz Hacıyev Meydan TV-yə

deyib. Onun sözlərinə görə, işin gedişatıyla bağlı Polis Şöbəsinə gedə bilmir: “Sabah gedib işin gedişatı haqda məlumat alacam. Hələ ki, narazı deyiləm. Ancaq Bəhruzu şöbəyə aparan üç nəfər də tutulmalı, cəzasını çəkməlidir. Bundan başqa, oğlumu orada döyüb öldürən bir nəfər deyil, onlar bir neçə nəfərdirlər. Hamısı həbs edilməlidir. Mən hökumətimizdən narazı deyiləm. Oğlum Qarabağda şəhid olsaydı, yaxud da təsadüfi hadisə sayəsində ölsəydi, bu qədər yanmazdım. Hamının başına iş gələ bilər. Ancaq bu dərdə dözmək olmur”.

“Dəfnə gələnlərə qəbiristanlıqda dedim ki, məni istəyənlər evə gəlsin. Sonra mənə zəng gəldi. Dedilər, cavanlar şəhərdə aksiya edirlər. Yenə onların yanına getdim və evə dəvət etdim. İndi aksiyadı olub, cavandılar, başları dumanlıdı. Qınanılası deyil. Onlar deyir ki, bu gün Bəhruzun başına gələn, sabah da bizim başımıza gələr. Onları qınamıram. Gərək məni eşidəydilər. Hökumətimizdən də balamın, mənim xətrimə onların azad edilməsini xahiş edirəm”- Dilsuz Hacıyev deyib.

Ana səhifəVideo“Balamın xətrinə onları azad edin” (VİDEO)