Balakəndə mütəşəkkil dəstə saxlanıldı

Yerli əhalinin dediyinə görə, dəstənin onlarla üzvü saxlanılıb

Source:

Yerli əhalinin dediyinə görə, dəstənin onlarla üzvü saxlanılıb

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və Balakən rayon polis şöbəsi rayonda narkotik maddə istehsalı və qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil dəstələrə qarşı əməliyyat keçirib.

Yerli əhalinin dediyinə görə, dəstənin onlarla üzvü saxlanılıb. Saxlanılanlar arasında hətta regionda narkotik qaçaqmalçılığında adı hallanan tanınmış şəxslərin olduğu da bildirilir.

Rayon sakinləri  TURAN İA-ə bildirib ki, mütəşəkkil dəstələrin zərərsizləşdirilməsi onları sevindirir:  “Nəhayət,  rayon əhalisini “zəhərləyənlər” tutuldular. Həbsdən buraxmasalar yaxşı olar”.

Öz növbəsində, hüquq- mühafizə orqanlarındakı mənbələr məlumatı təsdiq ediblər. Səhih məlumatlara görə, narkotik maddə dövriyyəsində əli olan 10-a yaxın adam saxlanılıb. Hələlik DİN əməliyyatın keçirilməsini və saxlananların sayı ilə bağlı şərh vermir.

Ana səhifəXəbərlərBalakəndə mütəşəkkil dəstə saxlanıldı