”Balacalıqdan deyirdi ki, general olacam” (VİDEO)

“Xəbərlərə baxırdıq. Qəfildən qonşu gəldi ki, televizoru açmayın”.

Bu sözləri aprelin əvvəlində cəbhə əməliyyatlarında şəhid olan Şəki rayon sakini Orxan Hümbətovun anası deyir.

23 yaşlı gizir Orxan Hümbətov cəbhədə gedən döyüşlərdə həlak olub.

Pərvanə Hümbətova deyir ki, ona nə qədər burada iş tap, getmə desək də, öz arzusunun arxasınca getdi. Hərbçi olmaq arzusunun.

Ana danışır ki, Orxanı kasıbçılıqla böyüdüb. Hal-hazırda Beyləqanda hərbçi olan oğlundan başqa da ailələrində heç kim işləmir. Orxan gəlib, ev tikib qardaşına toy edəcəkdi.


Kanalımıza abunə ol

– https://goo.gl/TcM9Fm


__



Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin “Xalqın Xəbəri” vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.



Whatsapp nömrəmiz: +49 176 16263646

Ana səhifəVideo”Balacalıqdan deyirdi ki, general olacam” (VİDEO)