”BakuBus”ın avtobusunu daşa basan şəxslər həbs olunub

2000-ci il təvəllüdlü Abdulla Novruzov və həmyaşıdı Mircavad Məmmədov saxlanılıb

Source:


2000-ci il təvəllüdlü Abdulla Novruzov və həmyaşıdı Mircavad Məmmədov saxlanılıb

“BakuBus” MMC-nin 14 saylı xətt üzrə hərəkət edən marşrut avtobusunu daşa basaraq şüşələrini sındıran şəxslər həbs olunublar.

“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtobusun şüşəsini sındıran 2000-ci il təvəllüdlü Abdulla Novruzov və həmyaşıdı Mircavad Məmmədov saxlanılıb.

Hadisə yanvarın 28-də Nəsimi rayon ərazisində Dilarə Əliyeva küçəsində baş verib. “BakuBus” MMC-nin 14 saylı marşrut avtobus xəttində fəaliyyət göstərən 99 HJ 103 dövlət qeydiyyat nişanlı avtobusunu naməlum şəxslər daşla basıb. Nəticədə avtobusun şüşəsi sınıb.

Ana səhifə ▸ Xəbərlər ▸ ”BakuBus”ın avtobusunu daşa basan şəxslər həbs olunub