“Baku Steel Company”də partlayış olub (yenilənib)

Nəticədə xəsarət alan sex rəisi, Sumqayıt şəhər sakini Rasim Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb

Source:

17.50. Baş vermiş partlayışla bağlı cinayət işi açılıb. Nərimanov Rayon Prokurorluğunun əməkdaşları tərəfindən texniki-təhlükəsizlik üzrə ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir (“Yeni Müsavat”).


***


Nəticədə xəsarət alan sex rəisi, Sumqayıt şəhər sakini Rasim Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb

Nərimanov Rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, hadisə sentyabrın 15-də saat 18 radələrində qeydə alınıb. Nərimanov rayonu Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” MMC-nin oksigen sexində qaz balonu sınaqdan keçirilərkən partlayış baş verib.

Nəticədə xəsarət alan sex rəisi, Sumqayıt şəhər sakini Rasim Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb, oranın işçiləri – Bakı şəhər sakinləri Sahil Bayramov və Zəfər Ağayev xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Ana səhifəXəbərlər“Baku Steel Company”də partlayış olub (yenilənib)