“İşçilərin bir hissəsi məzuniyyətə buraxılıb”
“Baku Steel Company” MMC-də polad əridilməsi dayandırılıb. Qara metal tullantısı çatışmadığı üçün soba söndürülüb. Şirkət bu barədə şərh vermir.
Poladəritmə zavodundakı mənbə “Turan İA”a bildirib ki, yalnız prokat sexi işləyir. Orda müxtəlif metal prokatı (armatur, katanka, şveller və s ) istehsal edilir. İşçilərin bir hissəsi məzuniyyətə buraxılıb.
“Baku Steel Company” (BSC) Poladəritmə zavodu “Bakelektroqaynaq” ASC-də icarəyə götürdüyü istehsal sahəsində fəaliyyət göstərir. BSC bu SC-də 98 faiz kapital sahibidir.
2014-cü ildə nominal istehsal gücü ildə 770 mindən 1,1 mln tona artırılıb.