İlqar Abbasovun paytaxt prokurorluğunun kollektivinə təqdim olunduğu deyilir
Baş Prokuror Zakir Qaralovun əmri ilə İlqar Abbasovun Bakı şəhər prokuroru təyin olunduğu bildirilir.
Aprelin 26-da onun paytaxt prokurorluğunun kollektivinə təqdim olunduğu deyilir.
Buna qədər İ.Abbasov Baş Prokurorluq nəzdində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsini tutub.
Bakı şəhər prokuroru vəzifəsində isə bundan əvvəl Əziz Seyidov çalışıb. Aprelin 25-i prezidentin təqdimatı əsasında parlament Əziz Seyidovu Azərbaycan Ali Məhkəməsinin hakimi vəzifəsinə təsdiq edib.