Bakıya gələn maşınlar yarı yolda saxlanılır

IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar olaraq mayın 1-dən 25-dək rayon qeydiyyatlı minik avtomobillərinin və yük maşınlarının şəhərə girişi qadağandır. Paytaxta girişə məhdudiyyət Bakı-Sumqayıt yolunun 16-cı kilometrliyindən və Lökbatan dairəsi yaxınlığındandır.

Hüquqşunas Ələsgər Məmmədli deyir ki, bu qadağa konstitusiyanın 25-ci maddəsini – bərabərlik hüququnu pozur. Heç bir icra strukturunun belə bir hüququ yoxdur.

Paytaxta girişi yasaqlanan nəqliyyat vasitələri ”Bakı-2015” Avropa Oyunları öncəsi yaradılmış dayanacaqda saxlanılır. ”Bakı-2015” Avropa Oyunları zamanı da eyni qadağa qoyulmuşdu.

Ana səhifəVideoBakıya gələn maşınlar yarı yolda saxlanılır