Mağazada müzakirələrin keçirilməsi ənənəsi davam edəcək
Sentyabrın 7-dən “Bakıtab” mağazasının daha bir ünvanı fəaliyyət göstərəcək.
Bu barədə Meydan Tv-yə “Bakıtab”ın əməkdaşı Firudin Həsənov məlumat verib. Onun sözlərinə görə, daha əvvəl “Zero” Kitab Evinin( İstiqlaliyyət küçəsi, 71. Sabir bağı ilə üzbəüz) yerləşdiyi məkanda bu həftədən etibarən “Bakıtab”ın daha bir mağazası açılacaq:“Mağazamızda “BaşlaKitab” və “Alatoran” yayınlarının kitabları ilə yanaşı, müxtəlif nəşriyyatların kitabları da satılacaq”.
F.Həsənov deyir ki, yeni açılan ünvanda da müxtəlif kitab müzakirələri keçirməyi planlayır: “Həmçinin, həftə ərzində “Bakıtab”da müxtəlif kitab müzakirələri, mühazirələr keçirmək ənənəmizi davam etdirməyi düşünürük. Oxucularımız da öz istəklərinə uyğun olaraq, mağazaya müzakirə mövzusunda təkliflər verə bilərlər. Sentyabrın 7 –də, saat 1-dən etibarən kitabsevərləri yeni ünvanımızda gözləyirik”.