Bakının Yerevana neft göndərməsi Ermənistan üçün sonradan siyasi təzyiqə çevriləcəkmi?

Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, Ermənistan Azərbaycanla iqtisadi-ticarət sahəsində əməkdaşlığa hazırdır. Bura neft məhsullarının alışı da daxil ola bilər. Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev də bir neçə gün əvvəl demişdi ki, Azərbaycandan Ermənistana neft daşınması regiona sülh gətirəcək və Ermənistanın daha çox iqtisadiyyat və mədəniyyətə investisiya etməsinə şərait yaradacaq. Bəs neft tədarükü Ermənistanı Azərbaycandan asılı hala sala bilər? Beft ixracı Ermənistana siyasi təzyiq kimi istifadə oluna bilərmi?

Ana səhifəVideoBakının Yerevana neft göndərməsi Ermənistan üçün sonradan siyasi təzyiqə çevriləcəkmi?