Bakının ”rus bazarı” (VİDEO)

“Burda köhnə əşyalar satılır. Elə mal var ki, qiyməti bəlkə də çox bahadı, amma burda 1 manat , 50 qəpiyədir. Məsələn, o kitablar dəyərin bilənlər üçün əvəzolunmazdır. Burdan gəlib alırlar, xilas edirlər, qoymurlar itib-batmağa”. Evindən köhnə əşyalarını gətirib satanlar buranı “rus bazarı” adlandırırlar. Sabunçu qəsəbəsində, vağzalın yaxınlığında yerləşən bazar sovetlər dönəmindən qurulub. Elə ilk satıcılar da ruslar olub. Bura “kolxoz bazarı”, “ikinci əl bazarı” və “bit bazarı” kimi də tanınır. Həftənin şənbə və bazar günləri adamın çox olan vaxtlarıdır. Toyuq-cücə və meyvə satanlar da bu günlərdən yararlanıb burda öz yerlərini tuturlar.

Ana səhifəVideoBakının ”rus bazarı” (VİDEO)