Bakının mərkəzində sürüşmə baş verib

''Bina tikintisi zamanı normalara tam əməl olunmayıb''

Bakıda, Nəsimi rayonu, Səməd Vurğun küçəsində oktyabrın 17-də sürüşmə baş verib.

İlkin məlumatda sürüşmənin ərazidə bina tikintisi ilə bağlı olduğu qeyd olunur.

Binanı inşa edən "Pilot İnşaat-A" MMC-nin icraçı direktoru Nuran Həsənzadə "Report" saytına deyib ki, inşa edilən çoxmərtəbəli yaşayış binasının tikintisi zamanı bina ilə piyada səkisi arasında istinad divarları çəkilib. İstinad divarı tikinti boyunca aparılıb:

“Biz düşünürük ki, piyada səkinin sürüşməsinə səbəb yağış sularıdır. Yəni yağış suları borular vasitəsilə axıdılır, bu da müəyyən qədər torpağı yuyur. Düşünürük ki, sürüşmənin səbəbi budur".

Ancaq Avtomobil Yollarının Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, sürüşməyə səbəb tikinti aparılan ərazidə istinad divarının olmamasıdır.

O deyib ki, uzunluğu 60, eni isə 3 metr olan sürüşən hissənin fəsadları aradan qaldırılır:

"Sürüşmə baş verən ərazinin yaxınlığında tikinti işləri aparılır. Orada tikinti normalarına tam əməl olunmadığından, yəni yolla bina arasında istinad divarı inşa edilmədiyindən bu cür hadisə baş verib. Yolun dayanıqlığı olmadığından yağış yağan zaman sürüşmə baş verib. Burada hər şey göz qabağındadır".
Anar Nəcəfli söyləyib ki, hazırda dəymiş ziyanın miqdarı dəqiqləşdirilir, bu məbləğ tikintini aparan şirkət tərəfindən ödəniləcək.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/cn5nks

Ən çox baxılan