Bakının axtarışa verdiyi iş adamı Moskvada saxlanıldı və buraxıldı (yenilənib)

Qerman Sterliqovun saxlanılması onun dövlətlərarası axtarışa verilməsi ilə əlaqələndirilir

Source:


23.30.Moskvada “Domodedovo” hava limanında saxlanılan rusiyalı iş adamı Qerman Sterliqov sərbəst buraxılıb.


Bu barədə onun vəkili Artur Ayrapetov bildirib.


Qerman Sterliqovun saxlanəlması onun dövlətlərarası axtarışa verilməsi ilə əlaqələndirilir

APA-nın məlumatına görə, bu barədə TASS agentliyinə onun vəkili Artur Ayrapetov bildirib.

“Qerman Sterliqov bu gün saat 17:00 radələrində İrəvandan Moskvaya gəlib və dövlət sərhədini keçəndən sonra saxlanılıb”, deyə Artur Ayrapetov bildirib.

Onun sözlərinə görə, çox güman ki, Q.Sterliqovun saxlanılması onun dövlətlərarası axtarışa verilməsi ilə bağlıdır.

Qerman Sterliqova qarşı Azərbaycan Respublikasının suveren ərazisində törətdiyi cinayət əməllərinin tərkib əlamətləri nəzərə alınaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində həbs-qəti imkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib.

Ana səhifəXəbərlərBakının axtarışa verdiyi iş adamı Moskvada saxlanıldı və buraxıldı (yenilənib)