Bakının 9-cu mikrorayonunda köhnə binalar söküləcək

“Bəzi binalara ekspertiza rəyi verilmədiyi üçün qaz və digər kommunal xidmətlər göstərilməyəndə sakinlər narazılıq edir”

Source:
Kamaləddin Heydərov
Kamaləddin Heydərov
Kamaləddin Heydərov
Kamaləddin Heydərov


“Bəzi binalara ekspertiza rəyi verilmədiyi üçün qaz və digər kommunal xidmətlər göstərilməyəndə sakinlər narazılıq edir”

“Bakıda yeni tikinti layihəsi həyata keçiriləcək”. “Report” xəbər verir ki, bunu bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov sahibkarlarlarla görüşündə deyib.

O bildirib ki, Bakının 9-cu mikroraynunda bəzi 5, 7 və 9 mərtəbəli könhnə binaların yerinə yeni binaların tikilməsi ilə bağlı konsepsiya hazırlanıb: “Həmin binalarda yaşayan sakinlər yeni mənzillərə köçürüləcək. Tikinti şirkətlərinə bu layihədə iştirak etmələri tövsiyə olunur”.

Sahibkarlarlardan qeyri-qanuni vergi yığılmasına gəlincə, Heydərov deyib ki, sahibkarlar tikinti ilə bağlı qanunvericiliyə uyğun olaraq vergi verməlidirlər. Tikinti yalnız məhkəmə qərarı ilə dayandırıla bilər. Tikinti işlərinin dayandırılması başqa vasitələrlə mümkünsüzdür: “Tikinti ilə bağlı heç bir süni maneə yaradıla bilməz. Əgər hər hansı maneə olarsa, sahibkarlar Azərbaycan Prezident Administrasiyasındakı Tikintiyə Nəzarət Şöbəsinə müraciət edə bilərlər”.

O, bildirib ki, tikinti sahəsində texniki problemlər varsa, aradan qaldırılacaq.  Tikinti ilə bağlı texniki şərtlərdə olan problemlər Fövqəladə Hallarda Nazirliyində aradan qaldırıldığı kimi digər qurumlarda da aradan qaldırılmalıdır: “Bura su, işıq, kanalizasiya aiddir. Zaman-zaman bu problemlər öz həllini tapacaq. Tiikinti sahəsində dövlət orqanları problem yaradırsa, bu, söylənilməlidir. Bakıda tikilən bəzi binalara ekspertiza rəyi verilməyib. Yəni, belə olan halda həmin binalara qaz və digər kommunal xidmətlər göstərilməyəndə sakinlər narazılıq edir. Bu problemlər də aradan qaldırılmalıdır. Yəqin ki, bundan sonra asanlaşdırılmış iş rejimində bu problemlər olmayacaq”.

K.Heydərov qeyd edib ki, tikinti sahəsində yenilik tətbiq olunmalıdır. Nazir qeyd edib ki, tikinti sektorunda xeyli insanlar çalışırlar ki, bu da iş yerləri deməkdir. Onun sözlərinə görə, digər sahələrdə olan zəifləmə tikinti sahəsində də olub.

K.Heydərov dünyada iqtisadi böhran olduğunu xatırladaraq bildirib ki, bunun üçün də yerli sahibkarlara Azərbaycanda şərait yaradılır: “Yerli inşaat materiallarına daha çox üstünlük verilməlidir. Yerli məhsullar xarici mallara nisbətdə daha keyfiyyətli olmalıdır”.

Fövqəladə hallar naziri vurğulayıb ki, Azərbaycanda tikinti sahəsi xeyli inkişaf edib, böyük işlər görülür. Hər kəs şahidi olub ki, tikinti sahəsində olan süni maneələr aradan qaldırılıb. Bundan sonra da belə olacaq. Bu, Azərbaycan Prezidentinin tapşırığıdır”.

Ana səhifəXəbərlərBakının 9-cu mikrorayonunda köhnə binalar söküləcək