Müharibə yaşayan ölkənin ən çox nəyə ehtiyacı olduğunu bilənlər əllərində zənbillərlə sıraya düzülüblər. Ukraynalılara dəstək üçün səfirliyin qarşısına gələnlər özləri ilə müxtəlif yardım paketləri gətiriblər. Kimi evində hələ qutusunu açmadığı yataq dəstlərini, geyimləri götürüb, kimisi də uşaq bezləri, konserv qidalar alaraq gəlib. Könüllülər deyir ki, tibbi ləvazimatlara da ehtiyac var.