Bakıdan Tbilisiyə uşuşun şərtləri açıqlandı

Birləşmiş Ərəb Əmirliklərinin şəhəri Dubaya da birbaşa reyslərlə getmək mümkündür.

Source:


"Sərnişin öz hesabına yenidən PCR testi verməlidir"

Martın 19-dan Azərbaycan vətəndaşları verdikləri PCR testi ilə Bakıdan Tbilisiyə uça bilirlər.

Şərtlərdən biri də 3 gün sonra Tbilisidə vətəndaşın öz hesabına yenidən PCR testi verməsidir.

İstanbula isə pandemiyanın ilk aylarından getmək mümkündür. Yenə mənfi çıxan PCR testi ilə. Ancaq qiymətlər bir az bahadır.

Gediş-gəliş 300-400 avro arası qiymətlərlə dəyişir. Tbilisiyə uçuşların qiyməti isə bir istiqamətdə 100-170 manat arası dəyişir. Baqaj seçimi və nə qədər öncədən almaya görə qiymətlər müxtəlif ola bilir.


Birbaşa uçuşlar

Aprel ayı boyunca Azərbaycan vətəndaşları Gürcüstanın paytaxtı Tbilisiyə (Buta Airways), Türkiyənin paytaxtı Ankaraya (AZAL, Buta Airways, Turkish Airlines) gedə bilərlər. Ankaraya birtərəfli uçuş qiyməti 200 manat civarındadır.

Belarusun paytaxtı Minskə də birbaşa reys var. Uçuşu Belavia, Belarusian Airlines şirkəti həyata keçirir. Qiymət də təxminən 250-280 manat arası dəyişir.

Ukraynanın paytaxtı Kiyev şəhərinə bir neçə aviaşirkət uçuş həyata keçirir. Onlar AZAL, Buta Airways, Fly UIA-dır. Qiymət də təxminən 240-300 manat aralığında dəyişir.

Birləşmiş Ərəb Əmirliklərinin şəhəri Dubaya da birbaşa reyslərlə getmək mümkündür. Qiymətlər təxminən 400-500 manat arası dəyişir.

Bir də Rusiyanın paytaxtı Moskvaya və Yekaterinburq şəhərinə AZAL, Aeroflot Airlines, Ural Airlines-in reysləri var. Qiymətlər də 400-600 manat arası dəyişir. Aeroflot Airlines-la Moskvaya gedəcək şəxslər bileti "1851" reysləri üçün almalıdır. Digər reyslər Rusiya vətəndaşları və müvafiq icazəsi olan şəxslər üçün nəzərdə tutulub.


Uçuş üçün yeganə tələb

Bütün bu yerlərə getmək üçün yeganə tələb olunan nəsnə son 48 saat ərzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin təyin etdiyi klinikalarda verilmiş və mənfi nəticəli PCR testi nəticəsidir.

Koronavirus pandemiyasına görə ötən il ölkələrarası uçuşlar ləğv edilmişdi. Zamanla qonşu ölkələrə gediş-gəliş üçün müəyyən reyslər bərpa edildi. Ancaq uçuş qiymətləri pandemiyadan əvvəlki vaxtlardan bir qədər bahadır.

Ana səhifəSosialBakıdan Tbilisiyə uşuşun şərtləri açıqlandı