Bakıdan Sarqsyanın bəyanatına reaksiya

Rasim Ağayev hesab edir ki, indiki vəziyyətdə Azərbaycan genişmiqyaslı hərbi əməliyyat aparmır, Dağlıq Qarabağ ətrafındakı rayonları işğalçılardan təmizləməyə cəhd göstərir və bunun Ermənistana heç bir aidiyyatı yoxdur

Source:
Serj Sarqsyan
Serj Sarqsyan


Rasim Ağayev hesab edir ki, indiki vəziyyətdə Azərbaycan genişmiqyaslı hərbi əməliyyat aparmır, Dağlıq Qarabağ ətrafındakı rayonları işğalçılardan təmizləməyə cəhd göstərir və bunun Ermənistana heç bir aidiyyatı yoxdur

Ermənistan prezidenti bazar ertəsi ATƏT ölkələrinin səfirləri qarşısında çıxış edərkən Qarabağda genişmiqyaslı müharibə təhlükəsi olduğunu bildirib.

“Hərbi əməliyyatların daha da gərginləşməsi tammiqyaslı müharibəyə qədər təxmin edilməsi və qarşısının alınması mümkün olmayan nəticələrə gətirib çıxara bilər. Bu, təkcə Cənubi Qafqaza deyil, Avropa regionunda təhlükəsizlik və sabitlik məsələlərinə də təsir edəcək”, deyə o bildirib.

Sarqsyan Azərbaycanın Qarabağda “əvvəlcədən hazırlanmış ssenari üzrə” hərbi əməliyyat həyata keçirməkdə ittiham edib və “müharibəni təhrik edən” və açıq-aşkar Bakının siyasətini dəstəkləyən Türkiyənin mənfi rolunu qeyd edib.

Daha sonra o bildirib ki, ATƏT tərəfindən vəziyyətin monitorinqi üçün imkanları artırmaq lazımdır və Yerevan vəziyyəti tənzimləmək üçün “məntiqli güzəştlərə” hazırdır.

Sonda Sarqsyan deyib: “Döyüş əməliyyatları həqiqətən davam edərsə və genişmiqyaslı əməliyyatlara keçərsə, Ermənistan Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanıyacaq” (


“Turan” İA


).

Rasim Ağayev
Rasim Ağayev

S.Sarqsyanın bəyanatını adi erməni şantaj adlandıran siyasi şərhçi Rasim Ağayev Meydan TV-yə bildirib ki, Ermənistan Dağlıq Qarabağda etnik təmizləmə aparıb və bunun nəticəsində bölgə faktiki olaraq İrəvan tərəfindən idarə edilir: “İndiki vəziyyətdə Azərbaycan genişmiqyaslı hərbi əməliyyat aparmır. Azərbaycan Dağlıq Qarabağ ətrafındakı rayonları işğalçılardan təmizləməyə cəhd göstərir və bunun Ermənistana heç bir aidiyyatı yoxdur. Çünki BMT TŞ-nin 4 qətnaməsi var və Bakı həmin qətnamələrə riayət olunmasını istəyir”.

Bu hədələrə cavab olaraq, Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev bildirib ki, aprelin 3-də Azərbaycanın təktərəfli qaydada atəşi kəsməsinə baxmayaraq, Ermənistan tərəfi Azərbaycan tərəfin yaşayış məntəqələrini və mövqelərini atəşə tutmaqda davam edib.

Hikmət Hacıyev

“Azərbaycan atəşkəsə hazırdır. Lakin Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, bütün işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır”, deyə Hacıyev bildirib.

Ana səhifəXəbərlərBakıdan Sarqsyanın bəyanatına reaksiya