Uçuşların həftədə 4 dəfə – bazar ertəsi, çərşənbə, cümə və bazar günləri yerinə yetirilməsi planlaşdırılır
Azərbaycanın aviadaşıma bazarına daha bir aşağı büdcəli aviaşirkətin xidməti (lou-kost) daxil olub. Bu Rusiyanın “Pobeda” şirkətidir.
“Turan” İnformasiya Agentliyi Dövlət Mülki Aviasiya Administrasiyasına (DMAA) istinadən xəbər verir ki, “Pobeda” oktyabrın 31-dən Rostov-Bakı-Rostov marşrutu üzrə müntəzəm uçuşlara başlayacaq.
Uçuşların həftədə 4 dəfə – bazar ertəsi, çərşənbə, cümə və bazar günləri yerinə yetirilməsi planlaşdırılır.
Bu, Azərbaycana uçuşlar yerinə yetirən beşinci lou-kosterdir. Hazırda Azərbaycanda flydubai, WizzAir, Pegasus və airBaltic aviaşirkətləri uçuşlar həyata keçirir
Dövlət Mülki Aviasiya Administrasiyası həmçinin, ölkə regionlarına uçuşlara başlanılmasından ötrü bir sıra aviaşirkətlər ilə danışıqları davam etdirdiyini bildirir.