”Bakıda yolların 1/8-də yağış ötürücü kanalizasiya xətti var”

İqlimşünas Məhərrəm Həsənov: ”Martın 29-da paytaxta aylıq yağıntı normasının 70%-i düşüb”

Source:

İqlimşünas Məhərrəm Həsənov: ”Martın 29-da paytaxta aylıq yağıntı normasının 70%-i düşüb”

Bunu “Report”a  AMEA-nın Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

O, bildirib ki, martın 29-da Bakıya 15, Maştağaya isə 19 mm yağıntı düşüb: “Yəni aylıq göstəricinin 70 faizi bir gündə düşüb”.

Mütəxəssis Bakıda yolların ümumi uzunluğunun 2000 km olduğunu xatırladaraq deyib ki, bu yolların 1/8-də, yəni 250 km-də yağış ötürücü kanalizasiya xətti var, 1750 km-də isə yoxdur: “Bunun səbəbi yolu tikib layihələndirəndə bu xətlərin çəkilişinin nəzərə alınmamasıdır”.

M.Həsənovun sözlərinə görə, Bakıya bir il ərzində borular vasitəsilə gələn içməli suyun miqdarı qədər atmosfer yağıntısı düşür: “Bakıya bir il ərzində kəmərlər vasitəsilə 0,63 kub/kilometr su gətirilir, il ərzində isə 0,58 kub/kilometr yağış düşür. Az vəsaitlə yollara və binaların damına düşən yağıntı suları üçün anbarlar yaradıb, bu suları yaşıllıqların sulanmasında istifadə etmək mümkündür.  Bu işə hökumət səviyyəsində baxılmalıdır”.

Ana səhifəXəbərlər”Bakıda yolların 1/8-də yağış ötürücü kanalizasiya xətti var”