Bakıda Yevgeni Primakova həsr olunmuş sərgi açılıb

Primakov 20 Yanvar faciəsinin hazırlığında iştirak etmiş və onu planlaşdıran adamlardan biridir

Source: Foto: http://aze.rs.gov.ru


“Primakov 20 Yanvar faciəsinin hazırlığında iştirak etmiş və onu planlaşdıran adamlardan biridir”

Oktyabrın 29-da Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Yevgeni Primakova həsr olunmuş sərgi açılıb.

Sərgi Yevgeni Primakovun 90 illiyinə həsr olunub.


Məlumat

ı mərkəzin saytı yayıb.

Qeyd olunub ki, Rusiya XİN-in arxivindən tanınmış sovet və rusiyalı siyasətçiyə həsr olunan sərgidə unikal sənədlər və fotolar təqdim olunub.

AMİP lideri Etibar Məmmədov Meydan TV-yə deyib ki, Yevgeni Primakov Rusiya üçün böyük siyasətçi ola bilər. Amma Azərbaycana fəlakət gətirən adamdır:

“Primakov 20 Yanvar faciəsinin hazırlığında iştirak etmiş və onu planlaşdıran adamlardan biridir. Ona görə bu sərgiyə icazə verənlərdən soruşmaq lazımdır ki, niyə belə bir adama sərgi təşkil olunur. Çünki Primakov Azərbaycanın mənafeyinə zidd fəaliyyət göstərmiş və ziyan vuran adamdır, ona münasibət də belə olmalıdır”.

Siyasi icmalçı Sülhəddin Əkbər hesab edir ki, Azərbaycan getdikcə Rusiyanın təsir sferasına daha çox daxil olur və bu cür sərginin keçirilməsi təbii sayılmalıdır:

“Görün, vəziyyət o yerə çatıb ki, Rusiya xüsusi xidmət orqanına rəhbərlik edən şəxsin Bakıda sərgisi açılır”.

Y.Primakov 1990-cı ilin 19 yanvar gecəsində Bakıya sovet qoşunlarının yeridilməsində SSRİ müdafiə naziri Yazovla birgə iştirak edib. Faciə nəticəsində 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb.

Yevgeni Primakov 1991-1996-cı illərdə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru, daha sonra xarici işlər naziri və Baş naziri işləyib. O, Sənaye Ticarət Palatasının prezidenti postunda 2001-ci ilin dekabr ayından 2011-ci ilin fevral ayına kimi çalışıb.

Y.Primakov 2015-ci ildə vəfat edib.

Ana səhifəSiyasətBakıda Yevgeni Primakova həsr olunmuş sərgi açılıb