Bakıda univermaq çöküb, xəsarət alanlar var (Yenilənir)

Belə ki, yağan qar nəticəsində univermağın dam örtüyü ağırlığa tab gətirməyib çöküb.

Source:


Belə ki, yağan qar nəticəsində univermağın dam örtüyü ağırlığa tab gətirməyib çöküb.

Bakıda univermaq çöküb. “Report”un məlumatına görə, hadisə Suraxanı rayonu ərazində yerləşən köhnə univermaqda baş verib.

Bakıda dam örtüyü uçan univermağın dağıntıları altından çıxan şəxslərin adları açıqlanıb. Yaralıların aparıldığı 3 saylı Şəhər Klinik Xəstəxanasından “Report”a bildirilib ki, bunlar Elşad Abdullayev və Bəhruz Məmmədovdur. Onların hər ikisinə çanağın əzilməsi diaqnozu qoyulub və hazırda xəstəxanadadırlar.

Hadisə yerinə Təcili Tibbi Yardım və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Xəsarət alanlar xəstəxanalara aparılıb.

Ana səhifəXəbərlərBakıda univermaq çöküb, xəsarət alanlar var (Yenilənir)