Bakıda uçqun: ölən və yaralananlar var (Yenilənir)

Tikilməkdə olan bina uçub

Source:
Uçqun olan bina
Uçqun olan bina

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Abit Əliyev: “Bakı şəhəri, Səbail rayonunun Şıx qəsəbəsində baş verən uçqun hadisəsi tikinti normalarının pozulması nəticəsində baş verib”.

***

Bakı şəhəri, Səbail rayonunun Şıx qəsəbəsində baş verən uçqun nəticəsində xəsarət alaraq xəstəxanalara yerləşdirilən şəxslərin adları məlum olub.

“Report”un xəbərinə görə, 1981-ci il təvəllüdlü Tofiq Hüseynov sol bud sümüyünün yuxarı hissəsinin qəlpəli sınığı ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.

1983-cü il təvəllüdlü Ayaz Orucov sağ baldırın sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib. O, artıq ambulator müalicə üçün evə buraxılıb. 1962-ci il təvəllüdlü Əmir Mehdiyev sol bud sümüyünün sınığı ilə KTM-in reanimasiya şöbəsinə yerləşdirilib.


***


Tikilməkdə olan bina uçub

Uçqun zamanı ölən və yaralananların sayı açıqlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya hadisə yerində 6 nəfərin olduğunu deyib: “Onlardan 1 nəfərə yerində yardım göstərilib, 3 nəfər Klinik Tibbi Mərkəzinə aparılıb. 2 nəfər isə hadisə yerində ölüb”.

Bakıda bina uçub. Paytaxtın Səbail rayon Polis İdarəsindən APA-ya deyilib ki, hadisə Şıx qəsəbəsində, “Green City” istirahət mərkəzində baş verib.

Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib. Bildirilib ki, hadisə yerinə cəlb edilən xilasedicilər dağıntılar altından 1 nəfərin meyitini çıxarıblar. Hazırda xilasetmə işləri davam etdirilir.

Ana səhifəXəbərlərBakıda uçqun: ölən və yaralananlar var (Yenilənir)