Bakıda söküləcək və tikiləcək binaların yeri bəlli oldu

Söküntü şərtləri və təzminat ölçüləri açıqlanmır

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə


Söküntü şərtləri və təzminat ölçüləri açıqlanmır

Azərbaycanın paytaxtında (Suraxanı, Xətai, Nərimanov, Nəsimi, Yasamal, Səbail və Pirallahı rayonlarında) köhnə yaşayış binalarının sökülməsi və yenilərinin tikilməsi üzrə pilot layihələr həyata keçirilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, layihənin həyata keçirilməsi zamanı beynəlxalq mənzil normalarına, əhalinin sıxlığı və yaşıllıqların nisbəti üzrə standartlara və s. riayət olunacaq.

Sözügedən layihələr əsasında Təbriz və Firdovsi Əliyev küçələrində (Nərimanov rayonu) bir neçə 14-15 mərtəbəli yaşayış binasının, Fətəli Xan Xoyski küçəsi və Faiq Əsgərov küçələrinin kəsişməsində (Nərimanov rayonu) üç yüksəkmərtəbəli yaşayış binasının tikilməsi, Səbail rayonu Xanlar küçəsində dörd 1-2 mərtəbəli evin sökülməsi və 4 yüksəkmərtəbəli binanın tikilməsi nəzərdə tutulur.

Nəsimi rayonunda Şamil Əzizbəyov, Səməd Vurğun, Mərdanov qardaşları və S.Əsgərova küçələrində və başqa yerlərdə evlər söküləcək.

Söküntü şərtləri və təzminat ölçüləri açıqlanmır.

Ümumilikdə 2020-ci ilə qədər 1 minə yaxın evin sökülməsi və 20 minə yaxın insanın yeni mənzillərə köçürülməsi nəzərdə tutulur. (“Turan”İA)

Ana səhifəXəbərlərBakıda söküləcək və tikiləcək binaların yeri bəlli oldu