Bakıda saxlanılan dağıstanlı Rusiyaya təhvil verilib

Rüstəm Əmirovun həbs olunacağı güman edilir

Source:
Rüstəm Əmirov
Rüstəm Əmirov

Rüstəm Əmirovun həbs olunacağı güman edilir

Bakıda saxlanılan Dağıstan əsilli Rüstəm Əmirov sentyabrın 4-də Rusiyaya deportasiya edilib. Bu barədə “Turan”-a onun qardaşı Nəsirxan Əmirov məlumat verib.

Nəsirxan Əmirovun sözlərinə görə, qardaşının hansı yolla deportasiya edilməsi barədə onlara məlumat verilməyib.

Sentyabrın 1-nə keçən gecə Dağıstan sakini Rüstəm Əmirov Türkiyəyə gedərkən Bakı aeroportunda saxlanılıb. İlk məlumatı “Turan” İnformasiya Agentliyi yayıb.

R.Əmirovun Dağıstanı 2016-cı ildə tərk etdiyi bildirilir. O, bir müddət Azərbaycanda yaşayıb, sonra Ukraynaya gedib. Yaxınlarının sözlərinə görə, üç ay sonra işgüzar maraqlarla bağlı Azərbaycana gəlib.

Rusiyada R.Əmirovu hansısa terror təşkilatında iştirakda ittiham edirlər. Doğmalarının sözlərinə görə, R.Əmirov “Dağıstanın yeni hakimiyyətinin kənarlaşdırdığı keçmiş administrasiya ilə bağlı təqib olunur”.

Onun Rusiyada həbs olunacağı güman edilir.

R.Əmirov tikinti materiallarının biznesi ilə məşğul olur. Yaxın tanışları onun hansısa terror təşkilatına bağlı olmasına şübhə edirlər və həbsin siyasi motivli olduğunu düşünürlər.

Ana səhifəXəbərlərBakıda saxlanılan dağıstanlı Rusiyaya təhvil verilib