Bakıda qətlə yetirilən qadının kimliyi müəyyən edilib

“İdris Məhərrəmov Banu Məmmədovanı M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşadıqları evdə qısqanclıq zəminində öldürüb. İdris Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib”.

Source:


Elşad Hacıyev: "Banu Məmmədovanın qətlində qayınatası İdris Məhərrəmov şübhəli bilinir"

Yanvarın 27-də Nəsimi rayonunun Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında meyiti tapılan qadının şəxsiyyəti müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəsmisi Elşad Hacıyev Meydan TV-yə 1989-cu il təvəllüdlü Babək rayon sakini Banu Məmmədovanın qətlində qayınatası İdris Məhərrəmovun şübhəli bilindiyini deyib.

O deyib ki, hadisə qısqanclıq zəminində baş verib: "İdris Məhərrəmov Banu Məmmədovanı M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşadıqları evdə qısqanclıq zəminində öldürüb. İdris Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib”.

Elşad Hacıyev faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlandığını və müvafiq ekspertizalar təyin edildiyini əlavə edib.

Yanvarın 27-də Nəsimi rayon Prokurorluğu Nəsimi rayonu 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsində məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında 4 ədəd kisədə və 1 ədəd selofan torbada doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələrinin aşkar edilməsi barədə

məlumat

yayıb.

Ana səhifəSosialBakıda qətlə yetirilən qadının kimliyi müəyyən edilib