Bakıda polis postları ləğv edildi, karantin rejimi daha da sərtləşdirildi

“Küçə və prospektlərdə, eləcə də şəhərdaxili məhəllələrdə piyada patrul naryadlarının sayı artırılacaq, nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması isə videomüşahidə kameraları ilə müəyyən ediləcək”.

Source: Specify Source


Küçə və prospektlərdə, eləcə də şəhərdaxili məhəllələrdə piyada patrul naryadlarının sayı artırılacaq

İyulun 2-dən Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla küçə və prospektlərdə quraşdırılan xüsusi polis postları ləğv ediləcək.

Azərbaycan Daxili İşlər Nazirliyinin bu barədə yaydığı məlumatda qərara səbəb kimi şəhərdaxili yollarda avtonəqliyyatın hərəkətinin intensivliyini təmin etmək, sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarətə daha çox əməkdaşın cəlb edilməsi göstərilib.

Bildirilib ki, iyulun 2-dən etibarən şəhərdəki bütün qapalı məkanlarda vətəndaşların karantin rejimindən irəli gələn tələblərə, xüsusilə tibbi maskadan istifadə və sosial məsafənin gözlənilməsinə mütləq qaydada riayət etmələrinə nəzarət daha da gücləndiriləcək:

“Küçə və prospektlərdə, eləcə də şəhərdaxili məhəllələrdə piyada patrul naryadlarının sayı artırılacaq, nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması isə videomüşahidə kameraları ilə müəyyən ediləcək”.

DİN vətəndaşlardan tələb edir ki, xüsusi karantin rejimindən irəli gələn qaydalara mütləq riayət etsinlər.

Azərbaycanda karantin rejiminin yenidən sərtləşdirilməsi haqqında qərar iyunun 19-da

imzalanıb

.

Baş naziri Əli Əsədov 21 iyun-5 iyul tarixlərində “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 208 nömrəli Qərarında dəyişiklik edib.

Ana səhifəSosialBakıda polis postları ləğv edildi, karantin rejimi daha da sərtləşdirildi