Bakıda polis mülki geyimdə avtobuslarda reyd keçirir

“Qaydalara əməl etməyən şəxslər barəsində inzibati tənbeh tətbiq olunur”

Source: A


"Qaydalara əməl etməyən şəxslər barəsində inzibati tənbeh tətbiq olunur"

"Koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə polis mülki geyimdə ictimai nəqliyyatda kütləvi yoxlama-nəzarət tədbirlərini davam etdirir".

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a məlumat

verilib

.

Bildirilir ki, mülki geyimdə keçirilən tədbirlərdə tibbi maskadan istifadə etməyən, müəyyən olunan norma və qaydalara əməl etməyən şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunur, həmçinin hərəkət iştirakçıları və sürücülərlə ilə profilaktik söhbətlər aparılır.

"Polis əməkdaşları tərəfindən virus riskinin yüksək olduğu Bakı Metropoliteninin metrostansiyalarında, ictimai nəqliyyatda, taksilərdə, eləcə də digər qapalı məkanlarda sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilir", – məlumatda qeyd olunur.

Ana səhifəXəbərlərBakıda polis mülki geyimdə avtobuslarda reyd keçirir