Martın 21-də səhər saatlarında Bakı şəhərinin Binəqədi rayonunda yanğın baş verib.
Hadisə Səttar Bəhlulzadə küçəsindəki beşmərtəbəli binada olub. Binada məcburi köçkünlər yaşayır. Binanın yuxarı mərtəbəsində mənzillərdən biri tamamilə yanıb, digər iki mənzilə də ziyan dəyib. Yanğın nəticəsində su borusunun partlaması aşağı mərtəbələrin islanmasına səbəb olub. Nəticədə binada yaşayan məcburi köçkünlər evlərini tərk edib.
Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Xəsarət alanın olmadığı bildirilir.