Bakıda maşın bazarı yanır (yenilənib)

Hal-hazırda yanğının söndürülməsi üçün tədbir görülür.

Source:


***


Bakı şəhərində yerləşən “Maşın bazarı”nda baş verən yanğın zamanı beş nəfər zəhərlənib.


Zəhərlənənlər Bakı şəhər sakinləri Əlzamin Rustəmov, Əhməd Xəlilov, Seymur Novruzov, Azər Xəlilov və Rafael Novruzovdur.


Onlar tüstü zəhərlənməsi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində yardım aldıqdan sonra evə buraxılıblar (report.az).


***


İyunun 30-da Bakının Nizami rayonunda fəaliyyət göstərən “Maşın bazarı”nda baş verən yanğın gecəyə yaxın söndürülüb. FHN-in məlumatına görə, yanğın nəticəsində həlak olan və xəsarət alan yoxdur.


Yanğın zamanı ümumi sahəsi 3 min kv. metr ərazinin təxminən 900 kv. m.-i yanıb.


Şahidlərin sözlərinə görə, ümumilikdə 50 dükan yanıb. Lakin, dükan sahiblərinin çoxu öz əmlakını çıxara bilib.


Avtomobil bazarı Yasamal rayonuna köçürüldükdən sonra son illər bu ticarət ərazisində əsasən avtomobil ehtiyat hissələri, boyalar, təkər və maşın yağları satılırdı.


***


Bakının Nizami rayonunda “maşın bazarı” yanıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin bir neçə yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Hal-hazırda yanğının söndürülməsi üçün tədbir görülür.

Ana səhifəXəbərlərBakıda maşın bazarı yanır (yenilənib)