Bakıda keçiriləcək Avropa çempionatına 2 milyon ayrıldı

Azərbaycan prezidenti sərəncam imzalayıb

Source:
Prezident Ilham Əliyev
Prezident Ilham Əliyev
Prezident Ilham Əliyev
Prezident Ilham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycan Respublikasında keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycanda keçirilməsini təmin etmək məqsədi ilə Prezidentin Ehtiyat Fondundan Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ana səhifəXəbərlərBakıda keçiriləcək Avropa çempionatına 2 milyon ayrıldı