Bakıda “Kamaz”la yanacaqdaşıyan avtomobil toqquşub, bir nəfər ölüb

Fotolar: FHN

Bir neçə maşının yandığı bildirilir

Yanvarın 3-də səhər saatlarında Qobustanda “Kamaz” markalı yük maşını yanacaqdaşıyan avtomobillə toqquşub.

Qəza nəticəsində yanacaqdaşıyan avtomobildə olan yanacaq dağılıb və yanğın baş verib.

Bununla da yoldan keçən bir neçə avtomobil yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində bir nəfər ölüb.

Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda “Opel” markalı 99-BH-926 d.q.n-lı, “Mercedes” markalı 99-ZD-593 d.q.n-lı və “Kamaz” markalı 42-CB-514 d.q.n-lı avtomobillərin toqquşduğu qeyd olunub:

“”Mercedes” markalı yanacaqdaşıyan avtomobilin sürücüsü həyatını itirib”.

Sürücünün kimliyi haqda məlumat yoxdur.

Faktla bağlı araşdırma aparıldığı vurğulanıb.

Ana səhifəSosialBakıda “Kamaz”la yanacaqdaşıyan avtomobil toqquşub, bir nəfər ölüb