Festival Azərbaycan tamaşaçısına son onilliyin ən yaxşı filmləri ilə tanış olmaq imkanları qazandıracaq
İtaliya səfirliyi oktyabrın 20-25-də Bakıda “28 Cinema”da İtaliya filmlərinin festivalını keçirəcək.
Tədbir İtaliya Milli Kinematoqrafiya Assosiasiyasının, İsveçrə səfirliyinin dəstəyi, Yapikredit bankının və Hilton Baku otelinin sponsorluğu ilə təşkil olunub.
Həftə ərzində rejissor Paolo Sorentinon 2014-cü ildə Oskar mükafatına layiq görülən “Möhtəşəm gözəllik”, “Oskar” mükafatı almış “Həyat gözəldir” (rejissor Roberto Benini) , “İnsan kapitalı” (Paolo Virsi), “Roma qladiatorları” və digər filmlər təqdim ediləcək.
Filmlər subtitr vasitəsilə ingilis və rus dilinə (iki film) tərcümə ediləcək.
Tanınmış aktrisa Anita Kravos festivalda qonaq qismində iştirak edəcək
İtaliyanın Bakıdakı səfirliyinin məlumatına görə, bu festival Azərbaycan tamaşaçısına son onilliyin ən yaxşı filmləri ilə tanış olmaq imkanları qazandıracaq.