Bakıda hündürmərtəbəli binada baş verən yanğın söndürülüb

Binada məcburi köçkünlər məskunlaşıb.

Source:


Binada məcburi köçkünlər məskunlaşıb.

Nizami rayonunda, “Laçın” ticarət mərkəzinin yaxınlığında, Elşad Məmmədov,148 ünvanında baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. “Report”un ərazidə olan əməkdaşı xəbər verib ki, yanğın binanın ikinci mərtəbəsində qeydə alınıb. Sakinlərin hamısı təxliyə edilib. Yanğın zamanı bir qadın tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ümumilikdə 15 kvadratmetrlik ərazi yanıb. Yanğının başvermə səbəbləri bəlli deyil.


15:53

Bakıda hündürmərtəbəli binalardan birində yanğın başlayıb. “Report”un xəbərinə görə, bu barədə jurnalist Əzizə İsmayılova özünün “Facebook” səhifəsində yazıb.

Hadisə Nizami rayonunda, “Laçın” ticarət mərkəzinin arxa tərəfində, Elşad Məmmədov-148 ünvanında qeydə alınıb.

Binada məcburi köçkünlər məskunlaşıb. Hazırda binada xeyli sayda sakin var.

Ana səhifəXəbərlərBakıda hündürmərtəbəli binada baş verən yanğın söndürülüb