pulsuz maska paylayan

Mənbə: Foto: Meydan TV

Başlıq: pulsuz maska paylayan

Bakıda əhaliyə maska paylayan inanclıların saxlanıldığı bildirilir

Məqalə yeniləndi:  21 Mart 2020

“Sanki insanlara xəstəlikdən qorunmaq üçün maska paylamasını həzm edə bilmirlər”

“Müsəlman Birliyi” Hərəkatının üzvləri martın 20-də Bakının mərkəzində - metronun “28 May” stansiyasının yaxınlığında koronavirusa qarşı mübarizə aksiyası keçirərkən saxlanılıblar. Meydan TV-yə hərəkatdan verilən məlumatda bildirilir ki, aksiya maarifləndirmə və xeyriyyə məqsədilə keçirilib.

Aksiyanı keçirənlərin əynində üzərində MHB (“Müsəlman Birliyi” Hərəkatı) yazılmış gödəkçələr olub. Onlar insanlara virusdan necə qorunmağın mümkünlüyü əks olunmuş broşürlər və qoruyucu maskalar paylayıblar.

Aksiyaçıların tutulub polis idarəsinə aparıldığı, orada bir müddət saxlandıqdan sonra sərbəst buraxıldığı bildirilir.

pulsuz maska paylayanlar

pulsuz maska paylayanlar

Mənbə: Meydan TV

“Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımovun sözlərinə görə, polis idarəsində deyilib ki, bu cür sosial aksiyalar üçün də əvvəldən müvafiq orqanlardan icazə alınmalıdır: “Bundan sonra belə tədbirlər olarsa, əvvəlcədən müraciət edib icazə alınması tövsiyə olunub”.

E.Qasımov onu da bildirib ki, aksiyaçılardan “Müsəlman Birliyi” Hərəkatının üzvü Samir Babayev martın 20-də gecə saatlarında yenidən polisə çağırılıb:

“Sanki insanlara xəstəlikdən qorunmaq üçün maska paylamasını həzm edə bilmirlər”.

S.Babayevin Sabunçu rayonu, 14-cü polis bölməsinə getdiyi və orada saxlandığı bildirilir.

Daxili İşlər Nazirliyindən deyilənlərlə bağlı rəy almaq mümkün olmayıb.

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə və təşkilatın onlarla üzvü həbsdədir.

pulsuz maska paylayanlar

pulsuz maska paylayanlar

Mənbə: Foto: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  21 Mart 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/4f76g2

Ən çox baxılan