Bakıda daşınmaz əmlakın qiyməti ilin əvvəlindən 50 faiz ucuzlaşıb

“Ən yaxşı halda, qiymətlər 2008-ci ilin böhrandan əvvəlki səviyyəyə gəlib çatacaqdır. Yəni kvadrat metrə görə qiymətlər 1550-1560 dollardan 1200-1300 dollara enəcək”

Source:


“Ən yaxşı halda, qiymətlər 2008-ci ilin böhrandan əvvəlki səviyyəyə gəlib çatacaqdır. Yəni kvadrat metrə görə qiymətlər 1550-1560 dollardan 1200-1300 dollara enəcək”

Bakının daşınmaz əmlak bazarı, neftin qiymətinin aşağı düşməsi və əhalinin gəlirlərinin azalması fonunda çox ağır dövrünü yaşayır.

“MBA Consulting Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, Bakıda daşınmaz əmlakın qiyməti ilin əvvəlindən bu yana 50 faiz ucuzlaşıb.

“Ucuzlaşmaya baxmayaraq, hətta indiki vəziyyətdə də qiymətlər yüksəkdir. Bu gün Bakıda 1 kvadrat metr mənzilin qiyməti 33-34 barrel neft ekvivalentindədir. Bazarda cüzi fəallığı təmin etmək üçün ekvivalent 20-24 barel həddində olmalıdır. Qiymətlər hələ də yüksəkdir və faktiki olaraq alıcılar da yoxdur”, – İbrahimov bildirib.

Onun sözlərinə görə, qiymətlərin azalması və bazarındakı durğunluq ilin sonuna qədər, hətta gələn ilin sonunadək davam edəbilər

“2016-ci ilin sonuna qədər hansısa dəyişikliklər ola biləcəyini, yəni bir il qabağa proqnozlaşdırmaq çətindir. Ən yaxşı halda, qiymətlər 2008-ci ilin böhrandan əvvəlki səviyyəyə gəlib çatacaqdır. Yəni kvadrat metrə görə qiymətlər 1550-1560 dollardan 1200-1300 dollara enəcəkdir”, – İbrahimov bildirib.

Ana səhifəXəbərlərBakıda daşınmaz əmlakın qiyməti ilin əvvəlindən 50 faiz ucuzlaşıb