Bakıda çörək sexində partlayış olub, 1 nəfər ölüb, yaralananlar var (FOTOLAR)

Hazırda yanğınsöndürənlər yanğının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir

Source:


Hazırda yanğınsöndürənlər yanğının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir

Hadisə saat 17.30 radələrində Biləcəri qəsəbəsində, Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında yerləşən “Army” marketin arxasındakı çörək sexində baş verib. Partlayış nəticəsində yanğın meydana gəlib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Xilasedicilər uçqun altında qalan bir nəfəri xilas edib. Hadisə yerində olan əməkdaşımız bildirib ki, ərazi polislərin nəzarətinə götürülüb. Polis işçiləri hadisə ilə bağlı danışmır, hadisəyə şahidlik edənlərin də danışmasını əngəlləyir. Kim hadisə haqqında danışırsa ya təcili yardım maşınına aparılır, ya da ərazidən uzaqlaşdırılır. Çörək zavodu 16 mərtəbəli binanın altında yerləşdiyindən partlayış zamanı binanın şüşələri sınıb. Hadisə şahidinin verdiyi məlumata görə, uçqunlar altında 4 nəfər qalıb və bu saata qədər onlar xilas edilməyib. Son məlumata əsasən, 1 nəfər ölüb, hələlik həmin şəxsin kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən apa-ya bildirilib ki, hazırda yanğınsöndürənlər yanğının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından apa-ya verilən məlumata görə, marketdə baş verən hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb və yaralılar müxtəlif xəstəxanalara yerləşdiriliblər.

Ana səhifəXəbərlərBakıda çörək sexində partlayış olub, 1 nəfər ölüb, yaralananlar var (FOTOLAR)