Bakıda ”çörək” festivalı keçiriləcək

”Müharibə şəraitində olan ölkənin çörək təminatı 100 faiz idxaldan aslıdır”

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə


”Müharibə şəraitində olan ölkənin çörək təminatı 100 faiz idxaldan aslıdır”

Azərbaycan ilk dəfə çörək festivalı keçiriləcək. Fins.az-ın məlumatına görə, festival Mədəniyyət və Turizm Nazirliyi və Milli Kulinariya Assosasiyasının təşkilatçılığı ilə baş tutacaq.

Oktyabrın 20-da keçiriləcək tədbirdə Azərbaycanın 24 şəhər və rayonu təmsil olunacaq. Festivalda həmçinin, Qırğızıstan, Türkiyə, Ukrayna kulinarlarının iştirakı da gözlənilir.

Vahid Məhərrəmov foto sosial şəbəkə

Xəbəri “Facebook” səhifəsində şərh edən kənd təsərrüfatı üzrə mütəxəssisi Vahid Məhərrəmov bilirib ki, çörəkbişirmədə əsasən Rusiyadan, Qazaxıstandan ölkəyə idxal edilən yemlik buğdadan istifadə olunur. 2014 -cü ildə ölkəyə 1,3 milyon ton buğda idxal edilib və həmin buğdanın emalından alınan undan 1,18 milyon ton çörək istehsal olunub. Bu qədər çorək ölkənin daxili təlabatını tam ödəyib: “Müharibə şəraitində olan ölkənin çörək təminatı 100 faiz idxaldan aslıdır. Çörək festivalını isə bunlar keçirəcək. Bu gedişlə banan festivalı da keçirə bilərlər”.

Ana səhifəXəbərlərBakıda ”çörək” festivalı keçiriləcək