Bakıda bir günlük Rok Festivalı olacaq

Azərbaycanda rok janrı 1960-cı ildən yaranmağa başlayıb.

Source: Specify Source


Dekabrın 14-də paytaxtda Bakı Rok Festivalı keçiriləcək

Festivalın təşkilatçılarından Milan Məmmədov Meydan TV-yə bildirib ki, cəmi bir gün davam edəcək rok bayramı tam fərqli formatda olacaq.

Onun sözlərinə görə, son bir neçə ildə Azərbaycanda keçirilən rok festivallar iki-üç qrupla kifayətləndiyi üçün tələblərə cavab vermir:

“Bakıda indiyə kimi müxtəlif dövrlərdə iki, maksimum üç rok qrupundan ibarət festivallar keçirilib. Bunu genişmiqyaslı hesab etmək olmaz. Çünki rok festivalı üçün minimum altı qrup və ifaçının olmağı vacibdir. İki-üç rok qrupunun çıxışı ilə keçirilən konsertlərə sponsor olduğu üçün festival adını veriblər. Bizim festivalda altı rok qrupu iştirak edəcək. Son 7-8 ildə ilk dəfədir ki, belə sayda rok qrup və ifaçıları eyni səhnədə çıxış edəcək. Onlardan hələ ki, bir neçəsinin adı məlumdur. “Bəndə” rok qrupu, “Sirr” qrupunun vokalisti və mənim çıxışım bəllidir. Digər rok qrup və ifaçılarla danışıqlar aparılır. Təəssüf ki, rok qruplarımız bir araya gəlmək istəmirlər. Düşünürəm ki, ortaya sanballi iş qoymaq üçün birləşmək lazımdır. Musiqiçilərin Azərbaycanın müxtəlif şəhərlərindən qatılmağı arzuolunandır. Biz hələ ki, Bakı və Sumqayıtdan olan rok ifaçılarla kifayətlənmişik. Gələcəkdə festivalın daha geniş miqyas daşımağını istərdik. Bunun üçün isə maddi vəsait tələb olunur”.

Bir günlük konsert tədbiri Azərbaycan rok musiqisinə marağı qaytarmaq, yenidən canlandırmaq məqsədini daşıyır.

Festival iştirakçıları hər biri özünün altı müəllif kompozisiyasını və yaxud da Azərbaycanın keçmişdə mövcud olmuş rok qruplarının repertuarından olan mahnıları ifa edəcəklər.

image_from_ios.jpg
Milan Məmmədov

Azərbaycanda rok janrı 1960-cı ildən yaranmağa başlayıb. Rok qruplar isə əsasən 1970-80 ci illərdə universitetlərin tələbə birliklərində inkişaf edib. Azərbaycan rokunun yaranmasında və inkişafında “Üç alov”, “Eksperiment OK” və “Aşıqlar” qrupu böyük rol oynayıb. “Yuxu”, “Spark”, “Mozalan”, “Sirr” və digərləri də Azərbaycanın ən məşhur rok qruplarından hesab edilir.

Azərbaycanda ilk rok festivalı 1968-ci ildə keçirilib.

Ana səhifəMədəniyyətBakıda bir günlük Rok Festivalı olacaq