Bakıda bir evdə ölən 5 nəfərin dördü tələbədir

“Onlarla birgə dəm qazından boğulan Natiq Səfərov isə həmin evdə usta işləyirdi”.

Foto: Azertac


Onlar həmin evdə kirayədə yaşayıblar

"Fevralın 23-də saat 14 radələrində Səbail rayonunda 5 nəfər dəm qazından zəhərlənərək ölüb. Hadisə Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində baş verib".

Bu barədə Respublika Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, ilkin ehtimallara görə 2004-cü il təvəllüdlü Atilla Əliyev, 2003-cü il təvəllüdlü Lətif Əliyev, 2000-ci il təvəllüdlü İnkişaf Allahverdiyev, 1972-ci il təvəllüdlü Natiq Səfərov və 1998-ci il təvəllüdlü Şikar Allahverdiyev qaz dəmindən zəhərləniblər.

APA ölənlərdən dördünün tələbə olduğunu yazıb: "Atilla və Lətif Əliyev qardaşları Azərbaycan Texniki Universitetinin tələbələridir. Şikar və İnkişaf Allahverdiyev qardaşları isə başqa bir ali təhsil müəssisəsində oxuyurdu. Onlar həmin evdə kirayədə yaşayıblar. Onlarla birgə dəm qazından boğulan Natiq Səfərov isə həmin evdə usta işləyirdi".

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Ana səhifəSosialBakıda bir evdə ölən 5 nəfərin dördü tələbədir