Bakıda baş verən qəzada Böyük Britaniya vətəndaşı öldü (Yenilənib)

Qəza nəticəsində həyatını itirən şəxs Böyük Britaniya vətəndaşıdır

Source:

24 iyun, saat 15:10

Hüquq-mühafizə orqanlarındakı mənbədən Meydan TV-yə verilən məlumata görə, dünən baş vermiş qəzada dünyasını dəyişənlərdən biri “Mercedes” markalı maşının sürücüsü, Rusiya vətəndaşı, 1975-ci il təvəllüdlü Elşad Eldar oğlu Hüseynovdur.

***

İyunun 23-də Bakının Heydər Əliyev prospektində avtomabil qəzası baş verib. “Ford Tranzit” markalı avtomobil “Mercedes” markalı maşınla toqquşub. APA-nın məlumatına görə, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında yazılan məlumatda isə bildirilir ki, xilasedicilər yol nəqliyyat qəzası zamanı ağır deformasiyaya uğramış avtomobildən 2 cəsəd çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 11:29-da başa çatıb.

Yaralı və dünyasını dəyişənlərin kimliyi barədə açıqlama verilməyib. Hüquq-mühafizə orqanlarındakı mənbədən Meydan TV’yə verilən məlumata görə isə qəza nəticəsində həyatını itirənlərdən biri turist, Böyük Britaniya vətəndaşıdır. İngiltərə vətəndaşı BEGOC-da məsul şəxslərdən birinin oğlu, 1992-ci il təvəllüdlü Micah M.M.’dir.

Məlumatda bildirilir ki, mərhumun cənazəsi Xətai rayonundakı 7 saylı təcili yardım stansiyasının yanındakı morqa yerləşdirilib.

Qəza nəticəsində 1 Estoniya, 1 Nepal, 2 Böyük Britaniya vətəndaşı yaralanıb.

Yaralılar Musa Nağıyev adına Xəstəxanın reanimasiya şöbəsində yerləşdirilib. Faktla bağlı heç bir rəsmi açıqlama verilmir. Lakin ölüm faktını Meydan TV’yə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi təsdiqləyib.

Meydan TV dünyasını dəyişən şəxsin atası ilə əlaqə yaratmağa səy göstərib. BEGOC yetkilisi bu barədə yalnız çalışdığı qurumdan məlumat almağın mümkünlüyünü vurğulayıb.

Ana səhifəXəbərlərBakıda baş verən qəzada Böyük Britaniya vətəndaşı öldü (Yenilənib)