Bakıda avtobus qəzaya düşüb, ölən və xəsarət alanlar var

Hazırda xəsarət alan digər şəxslərin xəstəxanalara aparılması davam etdirilir

Source:


Hazırda xəsarət alan digər şəxslərin xəstəxanalara aparılması davam etdirilir

Bakıda sərnişin avtobusu qəzaya düşüb. APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb. Marşrut avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfərin öldüyü, 13 sərnişinin xəsarət aldığı bildirilir.

Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasından APA-ya bildirilib ki, hadisə yerinə 7 briqada göndərilib. Artıq 10-a yaxın şəxs xəstəxanalara çatdırılıb. Hazırda xəsarət alan digər şəxslərin xəstəxanalara aparılması davam etdirilir.

Qəzaya düşən 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusudur.

Ana səhifəXəbərlərBakıda avtobus qəzaya düşüb, ölən və xəsarət alanlar var