Bakıda Avtobus informasiya terminallarının üçdə biri işləmir

”Terminallarla bağlı çatışmazlıqlar var”

Source:


”Terminallarla bağlı çatışmazlıqlar var”

Bakıdakı avtobus dayanacaqlarında quraşdırılan Avtobus İnformasiya terminallarının çoxu ya işləmir, yaxud da  təyinatı üzrə xidmət göstərmir.

“Report” xəbər ki, işləyənlərin yalnız monitoru yanır, monitorda ya reklam gedir, ya da Bakı Nəqliyyat Agentliyinin logosu yazılıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, dayanacaqlardakı Avtobus İnformasiya terminalları BNA yaradılmazdan əvvəl quraşdırılıb:

“Hazırda təxminən 600 belə terminal quraşdırılıb. Avtobus İnformasiya terminalları ilə bağlı çatışmazlıqlar var. Hazırda Avtobus İnformasiya terminallarının təyinatı üzrə işləyərək sərnişinlərimizə xidmət göstərməsi üçün zəruri iş aparılır”.

Onun sözlərinə görə, quraşdırılan 600 terminaldan 400-ə yaxını işləyir: “Sistemdə müəyyən problemlər var onların həll edilməsi üçün iş aparılır”.

Avtobus İnformasiya terminallarını 2011-ci ildə Nəqliyyat Nazirliyi quraşdırıb. Bu terminallar vasitəsilə sərnişinlər gözlədikləri avtobusun dayanacağa nə qədər vaxtdan sonra gələcəyini öyrənirlər.

Ana səhifəXəbərlərBakıda Avtobus informasiya terminallarının üçdə biri işləmir