Bakıda Avropa filmləri festivalı keçiriləcək

Festival çərçivəsində nümayiş olunan filmlərə giriş pulsuzdur

Source:


Festival çərçivəsində nümayiş olunan filmlərə giriş pulsuzdur

Oktyabrın 29-dan noyabrın 6-dək Bakıda VI Avropa filmləri festivalı keçiriləcək.

“Report” xəbər verir ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin və Aİ ölkələrinin Azərbaycanda akkreditasiyadan keçən səfirliklərinin təşkilatçılığı ilə keçiriləcək tədbir zamanı Avstriya, Belçika, Xorvatiya, Çexiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Latviya, Litva, Portuqaliya, Rumıniya, İspaniya, İsveç və Böyük Britaniyadan olan məşhur rejissorların filmləri nümayiş olunacaq.

Noyabr ayının 5-də festival çərçivəsində tamaşaçılara həmçinin Azərbaycan istehsalı olan “Qatil” psixoloji dramı təqdim olunacaq.

Festival çərçivəsində nümayiş olunan filmlərə giriş pulsuzdur.

Ana səhifəXəbərlərBakıda Avropa filmləri festivalı keçiriləcək