Bakıda 8400 nəfər işini itirib

Bank və sığorta şirkətləri işçilərinin sayı 2015-ci illə müqayisədə 2436 nəfər azalıb

Source:


Bank və sığorta şirkətləri işçilərinin sayı 2015-ci illə müqayisədə 2436 nəfər azalıb

2016-cı ilin ilk rübündə Bakıda bankların və sığorta şirkətlərinin baş ofislərində və filiallarında çalışan işçilərin sayı 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2436 nəfər azalıb. “Turan” agentliyi Dövlət Statistika Komitəsinə istinadən yazır ki, aprelin 1-ə paytaxtın maliyyə idarələrində 20.1 min nəfər işləyib.

Təxminən 1000 nəfər Bakıdakı rabitə və telekommunikasiya müəssisələrində işdən azad edilib. Aprelin 1-ə bu müəssisələrdə 18.2 min adam işləyirdi.

Tikinti müəssisələrində muzdla 60.9 min adam işləyir, bu isə bir il əvvəlkindən 9310 adam azdır.

Aprelin 1-nə olan məlumata görə, Bakıda muzdla 682.1 min nəfər işləyir, bu da ötən ilin müqayisə olunan dövründən 8400 adam azdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda əmək müqavilələri əsasında 1.5 mln adam işləyir.

Ana səhifəXəbərlərBakıda 8400 nəfər işini itirib