Bakıda 6 avtomobil toqquşdu

Hadisə nəticəsində “Audi” və “Daewoo Nexia” avtomobillərinin sürücüləri xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib

Source:


Hadisə nəticəsində “Audi” və “Daewoo Nexia” avtomobillərinin sürücüləri xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib

Bakının Xətai rayonunda 6 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

“Report”un xəbərinə görə, hadisə rayonun Mehdi Mehdiyev küçəsi ilə Fəzail Bayramlı küçələrinin kəsişməsində qeydə alınıb.

F.Bayramlı küçəsi ilə hərəkət edən “Audi” markalı 10 – LV – 879 dövlət nömrə nişanlı avtomobil

M.Mehdiyev küçəsi ilə hərəkət edən “Daewoo Nexia” avtomoblinin yoluna çıxaraq qəza törədib. “Daewoo Nexia” avtomobil yolun kənarında olan “Mazda”ya, “Mazda” iki “Mercedes” avtomobilinə çırpılıb. Qəzaya uğrayan avtomobillər daha bir “Daewoo Nexia” markalı avtomobilə də çırpılıb.

Hadisə nəticəsində “Audi” və “Daewoo Nexia” avtomobillərinin sürücüləri xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib. Avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparırlar.

Ana səhifəXəbərlərBakıda 6 avtomobil toqquşdu