Təkcə Binəqədi rayonunda 10 min evin sökülməsi ilə bağlı məhkəməyə müraciət olunacaq
“Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən (SOCAR) qanunsuz evlərin sökülməsi ilə bağlı məhkəmələrə minlərlə müraciət olunub”, – bu sözləri jurnalistlərə açıqlamasında SOCAR-ın Hüquqi mübahisələr və müqavilələrlə iş şöbəsinin rəisi Comərd Mustafayev deyib.
SOCAR rəsmisinin sözlərinə görə, qanunsuz evlərin sökülməsi ilə bağlı ən çox Binəqədi rayonu üzrə müraciət edilib: “Binəqədi rayonu üzrə 9392 evin sökülmsəi ilə bağlı müraciət var. Hazırda onlardan 4172-i ilə bağlı məhkəmədə qətnamə çıxarılıb. Bundan əlavə, 10 minə yaxın evin sökülməsi ilə bağlı da müraciət olunacaq”.
C.Mustafayev həmçinin Bakı və Bakıətrafı rayonlara görə edilən müraciətlərlə bağlı çıxarılan qətnamələrin statistikanı açıqlayıb:
“Səbayel rayonu üzrə 2 min evin sökülməsi ilə bağlı qətnamə çıxarılıb. Sabunçu rayonu üzrə 6321 evin sökülməsi ilə bağlı müraciət olunub və bunlardan 4500-ə qədər evin sökülməsi il bağlı qətnamə çıxarılıb. Xətai rayonu üzrə 444, Nizami rayonu üzər 179 evlə bağlı müraciət olunub, 141 evlə bağlı qətnamə var. Xəzər və Qaradağ rayonları üzrə 1500 yaxın evin sökülməsi iılə bağlı qətnamə çıxarılıb”.
C. Mustafayev deyib ki, qətnamə çıxarılan evlərin sökülməsi hələ icra edilməyib.
ARDNŞ-ın Hüquqi mübahisələrlə iş Şöbəsi bir müddət öncə informasiya sorğusuna cavab olaraq Neft Şirkətinə məxsus ərazidə tikilən evlərin və bu ərazilərdə məskunlaşan ailələrin siyahısını açıqlayıb:
1) Ə.C.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsi (NQÇİ) (S= 52.09
kv.km
)
2) Bibiheybətneft NQÇİ (S= 7.72
kv.km
)
3) Binəqədi OYL Ə.Ş – Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-IIQ №- li Qanunu (S= 43.43
kv.km
)
4) Balaxanıneft NQÇİ (S= 25.11
kv.km
)
5) Azgerneft M.M – 19 dekabr 1994-cü il tarixli Hasilatın Pay Bölgüsü haqqında Saziş (S= 9.96
kv.km
)
6) Suraxanı Ə.Ş – Azərbaycan Respublikasının 20 sentyabr 2005-ci il tarixli 997-IIQ №- li Qanunu (S= 12.86
kv.km
)
7) Qaraçuxur Ə.Ş – Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 902-IIQ №- li Qanunu (S= 11.54
kv.km
)
8) Rusneft Ə.Ş – Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 256-IIIQ №- li Qanunu (S= 64.8
kv.km
)
9) H.Z. Tağıyev adına NQÇİ – (S= 26.25
kv.km
)
10) Abşeronneft NQÇİ – (S= 7.03
kv.km
)
Məlumatda bildirilir ki, bu sahələrin hər birində özbaşına zəbtetmə halları sayı təqribi 30-60 faiz təşkil edir. Özbaşına tikililərin sayı, eləcə də müvafiq məhkəmələrdə qaldırılmış və qaldırılması nəzərdə tutulmuş iddiaların sayı 15 000-dən (on beş min) çoxdur. Bu isə o deməkdir ki, həmin ərazilərdə 15 000-dən çox ailə məskunlaşıb:
“Bu ərazilər isə əsasən Binəqədi, Səbail, Qaradağ, Abşeron, Nizami, Xətai, Sabunçu, Xəzər rayonlarındadır”.